Главная » 2012 MAY 25 » DÜSÜNDÜRƏN HEKAYƏ-Hər işdə bir xeyir var...
01:08 DÜSÜNDÜRƏN HEKAYƏ-Hər işdə bir xeyir var... | |
Bir gün okeanda bir
gəmi qəzaya düşərək batır. Gəmidən xilas olan adamı dalğalar kiçik, kimsəsiz bir adaya qədər sürüyür. Adam özünü qurtarmasını üçün ALLAHa yalvardı və kömək taparam ümidiylə üfüqə baxdı. Amma nə gələn oldu, nə gedən Daha sonra küləkdən, yağışdan və zərərli heyvanlardan qorunmaq üçün ağac budaqlarından və yarpaqlardan bir daxma etdi. Günlər həmişə eyni şəkildə keçirdi. Balıq ovlayır, bişirib yeyir və üfüqü müşahidə edir, özünü qurtarması üçün ALLAHa dua edirdi. Bir gün su gətirmək üçün çıxdı və geri dönendə daxmasının yandığını gördü. Başına gələ biləcək ən pis şey idi bu. Kədər və hirs içində dondu qaldı. İndi bu kimsəsiz adada, başını soxa biləcəyi bir daxma belə qalmamışdı. "ALLAHım, bunu mənə necə edə bildin?" deyə fəryad etdi. O gecəni kədər və üzüntü içində keçirdi. O qədər dua etdiyi halda, başına bu hadisə gəldiyi üçün sikayetlenirdi. Ertəsi səhər erkən saatlarda, adaya yaxınlaşmaqda olan bir gəminin fit səsiylə oyandı! Əldən düşmüş adam onu qurtaranlardan soruşdu "Mənim burada olduğumu necə anladınız?" Cavab onu həm çaşdırdı, həm də utandırdı: "Tüstü ilə verdiyiniz işarəni gördük!" | |
|
Всего комментариев: 3 | ||||
| ||||