Главная » 2011 » NOYABR » 26 » Horner sindromu
14:46
Horner sindromu

  Horner sindromu, Bernard-Horner sindromu ya Horner üçlüyü simpatik sinir sisteminin zədələnməsindən, üç əsas simptomla (ptoz, mioz, paesvdoenoftalm) özünü biruzə verən klinik sindrom. Sindrom 1889 ildə sindromu təsvir etmiş İsveçrə alimi Yohann Fridrix Hornerin şərəfinə Horner adlandırılmışdır.

  Əlamətlər
Simptomlar əsasən üzdə, zədələnmiş tərəfdə meydana çıxır:
ptoz yuxarı göz qapağının simpatik innervasiyanın çatışmamazlığından lat. musculus tarsalis superior - Müller ya torzal əzələnin iflici nəticəsində sallanması
Mioz göz bəbəyinin daralması
Enoftalm göz almasının çuxura düşməsi
Dishidroz - üzün zədələnmiş hissəsinin dərisinin tər ifraz etmə funksiyasının pozulması

 Əmələgəlmə səbəbləri

Horner sindromu anadangəlmə və yatrogen yolla yaranmış patoloji prosesin nəticəsində meydana çıxa bilir. Əksər səbəblər xoşxassəli olsa da bəzən bu sindrom boyun vəy a döş qəfəsində mövcud ciddi patoloji prosseslərdən (Pankost-ağciyər zirvəsinin şişi, qalxanabənzər vəzi və boyun venalarının genişlənməsi-dilatasiyası) xəbər verir. Yatrogen səbəblərə regional anesteziya, xüsusən də bazu-boyun kələfinin blokadası icra edilərkən punksiya zamanı müvafiq sinir liflərinin zədələnməsi və inyeksiya edilən dərman dozasının düzgün seçilməməsi və s hallar aiddirlər.

Patogenezi

Horner sindromu simpatik innermasiyanın çatışmamazlığından irəli gəlir.
Birinci neyronun zədələnməsi (aparıcı yolun hipotalamus və boyun siliospinal mərkəz sahəsi) - hipotalamospinal yol da daxil mərkəzi zədələnmə
İkinci neyronun ya preqanqlionar liflərin zədələnməsi (aparici yolun siliospinal mərkəzdən boyunun yuxarı düyününə qədər olan sahə): simpatik yolun ağciyər sirvəsinin şiş toxuması tərəfindən sıxılması
Üçüncü neyronun - postqanqlionar liflərin zədələnməsi (boyunun yuxarı düyünü ilə əzələ arasındakı sahə), midriaz - göz bəbəyinin genəlməsi məhz bu sahənin - postqanqlionar liflərin daxili yuxu arteriyası səviyyəsində zədələnməsində (məsələn, kavernoz cibin şişi) meydana çıxmış olur.

Просмотров: 1240 | Добавил: DUYGU | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]