Главная » 2011 » DEKABR » 11 » Ana sevgisi
01:39
Ana sevgisi
Anamın yalnız bir gözü var idi. Ona nifrət edərdim. Çünki onun bu görkəmi məni utandırardı. Ailəmizi keçindirmək üçün məktəbdə süpürgəçi işləyirdi. İlk məktəbə getdiyim gün anam mənə xoş gördük demək üçün yanıma gəlmişdi. Utandığımdan yerin dibinə girdim. Bunu necə edə bilərdi? Ona nifrətlə baxdım və oradan qaçdım. Ertəsi gün sinifdə bir yoldaşım mənə "Eeee sənin ananın ancaq bir gözü var!" dedi. Utandığımdan yerin dibinə girmək istədim. Bundan sonra anamın göz önümdən yox olmasını istədim. Ona görə də, o gün onunla qarşılaşınca dedim ki, "məni gülünc vəziyyətə salmaqdansa ölsən daha yaxşı olmazmı?!!!" Anam bu sözümə qarşılıq vermədi. Dediklərim üzərində bir saniyə belə durub düşünmədim. Çünki çox qızmışdım ona. Onun mənim bu davranışıma qarşı olan duyğuları məni maraqlandırmırdı. Onu evdə belə görmək istəmirdim. Çox çalışdım və nəhayət universitetə qəbul oldum. Sonra evləndim və öz evimi aldım. Uşaqlarım oldu və mən həyatımdan razı idim. Bir gün anam məni ziyarət etmək üçün aldığım evə gəlmişdi. Bir neçə il idi ki, məni görməmiş və nəvələrini tanımamışdı. Qapıya gəlincə uşaqlarım ona güldülər. Ona "evimə gəlib uşaqlarımı necə qorxuda bilərdin? dərhal burdan get deyə ona bağırdım. Buna qarşılıq olaraq anam səssizcə "bağışlayın, düzgün adresə gəlməmişəm" dedi və gözdən yox oldu. Bir gün məzunlar toplantısı üçün universitetdən məktub aldım. Məzunlar toplantısından sonra sırf narahat olduğum üçün öncə anamla qaldığım evə getdim. Qonşularım, anamın öldüyünü söylədilər. Heç üzülməmişdim. Mənə verilsin deyə anamın yazdığı bir məktubu mənə verdilər. Anam belə yazmışdı:
"Ən sevimli oğlum, hər zaman səni düşünürəm. Sizə gəlib uşaqlarını qorxutduğum üçün üzgünəm. Məzunlar gününə gələcəksən deyə çox sevinmişdim. Amma səni görmək üçün yataqdan qalxa biləcəyimi bilmirəm. Səni böyüdərkən sənə uzun sürən utancaqlıq mənbəyi olduğum üçün üzgünəm. Bilirsən... Sən hələ uşaq ikən qəza keçirmişdin və gözünü itirmişdin. Ana olaraq sənin tək bir gözlə böyümənə dözə bilməzdim. Buna görə də sənə öz gözümü verdim... O gözlə mənim yerimə gördüyün üçün səninlə o qədər qürur duyurdum ki. Bütün sevgimlə... ANAN..."
Просмотров: 1054 | Добавил: DUYGU | Рейтинг: 4.0/1
Всего комментариев: 2
2 sara  
0
ay allah hec adam anasina qarsi bu qeder qeddar olar?cox tesirlendim.anam menim heyatimin menasidi

1 yagmur  
0
tesekkurler...cox maraqli idi... smile

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]