Главная » 2011 » SENTYABR » 16 » Qucağa almaq Uşaqı pis örgətmək deməkdirmi?
14:36
Qucağa almaq Uşaqı pis örgətmək deməkdirmi?

 Yeni analar körpələrini əzizlədiklərinə dair bir çox xəbərdarlıq edərlər. Başqaları bunu deməsə belə bir ana özü, körpəsini hər ağlayışında qucağına aldığı üçün və ya körpəsini yatırtmaq üçün yellədiyi üçün görəsən uşağımı çox əzizləyirəm deyə narahatlıq keçirir.

 Halbuki maraq və sevgi görməsi bir körpəni qətiyyən şımartmaz. Bundan başqa meydana gəlmiş olan hər davranış forması, ya da vərdiş körpə böyüdükcə lazım olsa dəyişdirilə bilər. Körpələrin bağ qurmağa ehtiyacı vardır. Xüsusilə ilk aylarda ağlamalarına ardıcıl və sevgi dolu bir şəkildə cavab almaları lazımdır. Mövzu körpənizə sevgi göstərmək isə əsla özünüzü durdurmayın. Körpənizə hər toxunuşunuz, hər yatırmaq cəhdinin, hər besleyişiniz, hər yelləməyi, hər öpücüğünüz, hər maraq və diqqət nümayişiniz ona yeni tanış olduğu dünyanın sevgi dolu, bəsləyici, yaxşı bir yer olduğunu öyrədir. Belə edərək körpənizin insanlarla təmas qurmanın rahatlaşdırıcı və yaxşılıq gətirən bir vəziyyət olduğunu qavramağa kömək olarsınız.

 Bu deyilənlər sizə məntiqli  olmasına baxmayaraq yenə də 'körpənin hər kiçik öksürüyüne ya da ağlamasına cavab vermək körpəni özümüzə asılı hala gətirmək olmur mu? deyə düşünə bilərsiniz. Bu yerdə əhəmiyyətli bir sual çıxır ortaya. Həssas valideynlər nə deməkdir? Həssas valideynlər körpənin hər ağlayışına cavab verən valideynlər ola bilərmi?

 Bəli, həssas bir valideynlər körpənin hər ağlayışına cavab verməlidir. Amma körpənin ağlayışı qarşısında ediləcək ən doğru hərəkət bir çox fərqli bir şey ola bilər: körpəni qucağa götürmək ya da bəsləmək, ağlaması artacaq yoxsa azalacaq deyə bir neçə dəqiqə gözləmək, ya da hər hansı başqa bir müdaxilə .... Duyalı valideyn ediləcək ən doğru hərəkətin nə olduğu haqqında qərar verməkdir. Bu körpənin yanına getmək ya da getməmək ola bilər. Əgər həssaslığı bu şəkildə qiymətləndirir və tətbiq etsəniz körpənizin tutumu və ehtiyaclarına daha çox cavab vermiş olarsınız.

 Körpənin bizdən asılı hala gəlməsi isə tamamilə fərqli bir mövzudur: körpələr  onsuz da köməyə möhtac və asılıdırlar. Bundan başqa, asılı olmaq pis bir şey deyil. Əslində, körpənizin sizinlə qurduğu etibarlı bağ həyat boyu təmin edici əlaqələr qura bilmə bacarığı təməlini təşkil edir. Bağımsızlaşma (muxtariyyət) zaman içində gələcəkdir.

 Bəzi körpələr daha çox bədən temasına ehtiyac duya bilər. Bu körpələr, tez-tez onu qucağınıza alıb yerimənizi ya da onu yelləmənizi istəyərlər. Əgər körpəniz bu tip bir Uşaqdırsa ilk aylarda mümkün qədər çox onu qucağınıza alın. Körpənizlə yaxın təması qorumanıza yararken əllərinizin sərbəst qalmasını da təmin etdiyi üçün körpənizi bağlı mühitlərdə belə bir asqı içində önünüzdə daşımaq sizə köməkçi ola bilər. Körpələrin əmmə ehtiyacı kimi, cismani təmasda qalma ehtiyacı da zamanla azalacaq və körpəniz qısa bir zamanda daha müstəqil olmağı başaracakdır. Bu müddət içərisində, daha çox hərəkət azadlığı istəyirsinizsə, körpənizi bir körpə kreslosuna ya da yellənçəyinə qoya bilərsiniz. Ən başda körpənizin bu vəziyyəti çox böyük bir dəyişiklik olaraq qəbul etməməsi baxımından yaxınlığında qalın. Zaman içində bu tip bir müstəqilliyə dözümlülüyü artacaq.




 


Просмотров: 1208 | Добавил: DUYGU | Рейтинг: 3.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]