Главная » 2012 » SENTYABR » 21 » DOĞUM SONRASI DEPRESSİYA-PostPartum Depresiya 2
13:36
DOĞUM SONRASI DEPRESSİYA-PostPartum Depresiya 2

Doğum sonrası "psixoz"

Postpartum (doğum sonrası) görülən ən ciddi psixoloji xəstəlikdir. Hamiləlikdən əvvəlki ilə görə müqayisə xəstəliyə tutulma riski 20 qat çoxdur.

 

Psixoz; düşüncə pozuqluğu və ya gerçəklə gerçək olmayanın əlaqənin itirilməsi olaraq tanımlansa da ciddi duyğu pozuqluqları da bu şəkildə təsvir oluna bilər.

 

Halüsinasiyalar (gerçəkdə olmayan şeyləri görmə ya da eşitmə) və ya sayıqlamalar (gerçəklə əlaqəsi olmayan şeylərə inanma) ola bilər. Ümumiyyətlə doğumdan sonra 2 gün-3 həftə arasında əlamətlər ortaya çıxır.

 

Sayıqlamalar xüsusilə körpə üzərinə cəmləşir. Bəzi hallarda ana körpəyə qarşı həddindən artıq qoruyucu obsesiyaları (hallar) inkişaf etdirə bilər. Hətta bəzi hadisələrdə da intihar düşüncə və cəhdləri belə ola bilər.

 

Postpartum psixoz son dərəcə təcili və professional kömək tələb edən ciddi bir vəziyyətdir. Sıxlıqla xəstəxanaya yatırılarak müalicə lazımdır. Uyğun müalicə üsulu ilə 95% nisbətlə xəstələr 2-3 ay içində yaxşılaşır.

Doğum sonrası depressiyada təkliflərimiz

Doğum sonu depressiya, demək olar ki hər qadında

görülə bilən, keçici bir dövrdür. Bu dövrü ən

yaxşı və rahat bir şəkildə keçirə bilmək üçün

aşağıdakı təkliflərimizi göz önündə tutun.

Özünüzü həddindən artıq dərəcədə yormayın. Yuxu zehni sağlamlıq baxımından çox əhəmiyyətlidir.

Körpəniz yatarkən siz də yatmağa çalışın.

Körpənizin hərəkətləri yuxunuzu pozursa onu başqa bir otağa köçürməyi cəhd edin.

Yoldaşınızla bir növbə sistemi qurun və bu şəkildə körpədən yalnız siz məsul olmayın.

Körpəyə baxım mövzusunda ətrafınızdakı qohum və yoldaşlarınızdan kömək istəyin. Bu sayədə özünüzə istirahət zamanı ayırın.

Hamiləlik əsnasında və əmizdirmə dövründə bəslənmənizə diqqət yetirin.

Özünüzü çarəsiz və gücsüz hiss edirsinizsə bir psixoloq və ya psixiatrdan dəstək almaq üçün zaman itirməyin.

Просмотров: 1385 | Добавил: DUYGU | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]