Fobiya mənşəcə yunan sözü olan "fobos" sözündəndir,
mənası qorxu deməkdir. Fobiya daha çox ürək döyünməsi, tərləmə, titrəmə,
təngnəfəslik, boğulma, əzələlərdə gərginlik, baş gicəllənməsi, ürək bulanması,
ağzın quruması, əllərin və ayaqların keyləşməsi və s. əlamətlərlə üzə
çıxır.Fobiya başlıca olaraq, üç qrupa ayrılır: aqorafobiya, spesifik fobiya və
sosial fobiya...
1.Aqorafobiya. Aqorafobiyası olan
adamlar daha çox küçə , meydan , bazar , kinoteatr , teatr , körpü , tunel və
s. kimi izdihamlı yerlərdən qorxurlar. Çox vacib olduqda isə belə yerlərə ailə
üzvləri və ya dostları ilə getməyi üstün tuturlar.
2.Spesifik fobiya. Spesifik fobiya
özünü əsasən heyvanlara, yüksəkliklərə, qapalı və ya açıq mühitlərə, təyyarəyə,
liftə və s. qarşı göstərir. Hətta bu fobiya qrupuna daxil olanlar bəzən qan və
yara görməkdən də qorxurlar. Heyvanlara qarşı qorxunu yırtıcı heyvanlara qarşı
qorxu ilə qarışdırmaq olmaz. Çünki bu , təbii qorxudur. Digər tərəfdən ,
heyvanlara qarşı fobiyası olanlar bəzən adi heyvanlardan da qorxurlar. Məsələn
it, pişik, kəpənək və s. kimi ...
3.Sosial fobiya. Sosial fobiyası olan
adamlar daha çox ictimai yerlərdə yeməkdən , danışmaqdan və ya yazmaqdan
çəkinirlər. Həmçinin bu siyahıya ümumi nəqliyyat vasitələrindən istifadə etmək
, qonaq qəbul etmək , əl-ələ görüşmək və s.-də daxildir.
Bəzi fobiya növləri...
Ailurofobiya: pişiklərdən qorxmaq.
Akluofobiya: qaranlıqdan qorxmaq.
Akrofobiya: yüksəklikdən qorxmaq.
Amaksofobiya: nəqliyyat qorxusu.
Amatofobiya: toz qorxusu.
Antropofobiya: insanlardan qorxmaq.
Apifobiya: arılardan qorxmaq.
Araknofobiya: hörümçəklərdən qorxmaq.
Astrafobiya: şimşək qorxusu.
Aviofobiya: təyyarə qorxusu.
Batofobiya: dərinlikdən qorxmaq.
Bibliofobiya: kitablardan qorxmaq.
Brontofobiya: göy gurultusundan qorxmaq.
Entomofobiya: həşəratlardan qorxmaq.
Farmakofobiya: dərmanlardan qorxmaq.
Fotofobiya: işıqdan qorxmaq.
Qefirofobiya: körpülərdən qorxmaq.
Qlossofobiya: ictimai yerlərdə danışmaqdan qorxmaq.
Heliofobiya: günəşdən qorxmaq.
Hematofobiya: qan qorxusu.
Hidrofobiya: sudan qorxmaq.
İxtiofobiya: balıqlardan qorxmaq.
Kinofobiya: itlərdən qorxmaq.
Klimakofobiya: pilləkənlərdən qorxmaq.
Ksantofobiya: sarı rəngdən qorxmaq.
Leykofobiya: ağ rəngdən qorxmaq.
Melanofobiya: qara rəngdən qorxmaq.
Mikrobiofobiya: mikroblardan qorxmaq.
Monofobiya: təklikdən qorxmaq.
Musofobiya: siçanlardan qorxmaq.
Nelofobiya: şüşədən qorxmaq.
Ofidiofobiya: ilanlardan qorxmaq.
Papirofobiya: kağızdan qorxmaq.
Pirofobiya: oddan qorxmaq.
Ranidafobiya: qurbağalardan qorxmaq.
Selenofobiya: aydan qorxmaq.
Siderofobiya: ulduzlardan qorxmaq.
Taksofobiya: sürətdən qorxmaq.
Xlostrofobiya: qapalı yerlərdən qorxmaq.
Zoofobiya: heyvanlardan qorxmaq>
Bəs sizin fobiyanız varmı?
|