Главная » 2011 » NOYABR » 29 » Düşündürücü hükayə-Bir şey ancaq qiymətini bilənin yanında qiymətlidir
00:41
Düşündürücü hükayə-Bir şey ancaq qiymətini bilənin yanında qiymətlidir
Bir vaxtlar varlı bir zərgər var idi. Bir gün zərgər şagirdini yoxlamaq istədi. Ona iri bir almaz verdi və
"Oğlum, bu almazı al və qarşına çıxan sənətkara göstər, nə qədər verdiyini soruş, sonra da gəl mənə de".
Şagird əlində almaz əvvəlcə bir baqqala getdi və:
"Buna nə qədər verərsiniz?" – deyə soruşdu.
Baqqal almazı aldı, o yan bu yana çevirdi və sonra:
"Buna ancaq bir gümüş verə bilərəm. Qoy uşaqlar oynasınlar". – dedi.
Şagird təşəkkür edib çıxdı. Şagird sonra bir pinəçiyə getdi. Pinəçi də almazı aldı, o yan bu yana çevirdi və sonra:
"Bu daşa ancaq beş gümüş verə bilərəm". – dedi.
Şagird üçüncü dəfə bir palançıya getdi və:
"Bu daşa nə qədər verərsiniz?" – deyə soruşdu.
Palançı almazı aldı, o yan bu yana çevirdi və sonra:
"Bundan mənim palanlarıma yaxşı qaş çıxar. Bu daşa ancaq on gümüş verə bilərəm". – dedi.
Şagird ən axırda bir zərgərə getdi. Almazı zərgərə göstərdi.
Zərgər: "Bu almaza neçə qızıl istəyirsən?" – deyə soruşdu.
Şagird: "Bəs siz neçə qızıl verirsiniz?" – deyə cavab verdi.
Və zərgər saymağa başladı. Nə qədər qəribə olsa da, zərgər bu almaza təkcə qızıllarını yox, dükanını, evini və torpağını da verməyə hazır idi.
Nəhayət, şagird ustasının yanına qayıtdı və başına gələnləri ona danışdı.
Usta soruşdu: "İndi bundan nə başa düşdün?"
Şagirdin verdiyi cavab isə çox mənalı idi: "Bir şey ancaq qiymətini bilənin yanında qiymətlidir"
Просмотров: 1156 | Добавил: DUYGU | Рейтинг: 0.0/0
Всего комментариев: 6
6 vera  
0
Maraqlıdır

5 Melxior  
1
hmm),,

3 aynus  
1
NECE DE MARAQLI VE DOGRUDUR,COX MARAQLIDIR.

4 DUYGU  
0
duzdu))

1 yagmur  
0
dogrudur.................. wink

2 DUYGU  
0
eledir Yaqmur

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]