Главная » 2017 » YANVAR » 11 » İkinci uşağı planlaşdırırsanız və artıq varsa bunları mütləq oxumalısınız.
14:52
İkinci uşağı planlaşdırırsanız və artıq varsa bunları mütləq oxumalısınız.

    İkinci uşağı planlaşdırırsanız və artıq varsa  bunları mütləq oxumalısınız.
 ikinci uşağı planlaşdırmamışdan əvvəl evdəki uşağınızın fikrini mütləq öyrənməlisiniz.Atacağınız bu addım sizi gələcəkdəki problemlərinizin hansə dərəcədə olacağından xəbər verəcək.Əgər ikinci uşağınız xəbərsiz gəlibsə yenə narahat olmayın qarnınız böyüyənə qədər vaxtınız var. Bacı -qardaş qısqanclığını tam aradan qaldırmaq mümkün deyil əgər evladlarınız arasında bu hiss varsa narahat olmağa dəyməz.Əksinə bu hiss yoxdursa və evə yeni bir uşaq gəlibsə ilk evladınız buna qarşı laqeyd,neytraldırsa bundan narahat olmağa dəyər.Qısqanclıq əslində sizin yaxşı valideyn olmağınızın,ilk evladınıza sevgi,diqqət və qayğı göstərdiyinizin əlamətidir.Belə olmasa idi ilk evladınız niyə ikincini qısqansın.Əslində burda qısqanılan ikinci evlad deyil,bölünən sevgi,əlindən alınan diqqət və zamandır qıcıq yaradan.Bəs nə etməliyik ki,bu müddəti travmasız adlayaq?
   Əvvəla belə fikriniz varsa evdəki uşağınızla danışın,onun fikrini öyrənin.Bacı,qardaş istəyirsə nə əla-siz 1-0 öndəsiniz digər valideynlərlə müqayisədə.Yox əgər razı deyillərsə siz əvvəlcə razı salmalısınız evdəki balanızı.Ona gözəl dillə başa salmaqdan əlavə nümunəvi ailələrdən əyani misal gətirə bilərsiniz."Bax Aynurun bacısı var heç darıxmırlar bir yerdə necə əylənirlər və s" Bunları qeyd edərkən "İkinci uşaq olanda səni yenə sevəcəm ,seni yaddan çıxarmayacam kimi ifadələr yerinə"  " Aynurun bacısı olduqdan sonra Aynurun anası atası onu əvvəlki qədər sevir heçnə dəyişməyib Əksinə Aynurun oyun dostu ,otaq yoldaşı olub.--Bizdə də elə olacaq İnşallah " desəniz daha yaxşı olar.
  Evinizdə,uşaq otağında,uşağınızın həyatındakı dəyişiklikləri çalışın uşaq olmamışdan öncə edəsiniz.Ən çox edilən yanlışlıqlar: Uşaq otağının özü və ya dekorunun dəyişdirilməsi,uşağı bağçaya yazdırmaq,uşağı tək yatmağa vadar etmək,özü yeməyə vadar etmək və s.Saydıqlarımızı ya uşaq evə gəlməmişdən öncə edilməlidir ya da uşaq gəldikdən bir neçə ay sonra.Əks halda uşaq artıq böyüdüyünü  sevilmədiyini hiss edəcək,böyüməyin yaxşı şey olmadığını qəbul edərək uşaqlaşacaq.
  Əgər uşağınızda uzun müddət davam edən halsızlıq,bədbinlik,yuxusuzluq,laqeydlik,alt islatma,masturbasiya,dırnaq yemə, yuxusuzluq və ya yatmağa meylilik,vurma,qırma,söyüş söymə,qardaş ,bacı haqqında danışmağa imkan verməmə,həddən artıq enerjili və ya həddən artıq bitkindirsə,səbəbsiz ağlama,səbəbsiz gülmələr,əsəbilik və s bu kimi anormal hallar 1-2 ay davam edərsə mütləq profesional yardım almalısınız. 1,2 aya qədər bu halların müşahidəsi normaldır əgər profesional yardım almaq imkanınız yoxdursa uşağınıza yatarkən özünüzdən quraşdırdığınız nağılları danışın.Çalışın nağıllarda pis qardaş belə etdi ,pis bacı bunu etdi yerinə sevgi dolu hekayələr və pozitivləri qabardan hekayələr olsun.Hətta hekayənin,nağıl qəhrəmanını prins və ya prinsessa kimi qeyd edin.Bu zaman uşağınız özünü o cür hiss edəcək.
  Əsla müqayisə etməyin."Bax Hüseyn ağıllıdır ,sözümə baxır və ya yemədini tez yedi və s kimi müqayisəli cümlələrdən yayının.Balacanı böyükdən uzaq tutmağa çalışmayın-qadağan olunmuş şey həmişə şirindir unutmayın.Əksinə siz körpənizlə olanda böyük uşağı da yanınıza çağırın ona birlikdə qulluq edin,Mehdi get balacanın bezini gətir,anaya komək et balacnı geydirək,get bax gör qaqaş qusmayıb ki,kiçik məsuliyyətləri körpələr çox sevir.Bu sayədə həm iki evladınızla da vaxt keçirtmiş olursunuz ,həm də böyük evladınız kiçiklə necə davranmalı olduğu vərdişinə yiyələnir.
 Əgər ikinci uşaq 3 yaşa kimi gəlibsə və ya 6 yaşdan sonra gəlibsə,nuklear tipli ailəyə ( ata,ana evlad ) sahibsinizsə işiniz bir qədər asanddı.Yox əgər 3-6 yaş arasında gəlibsə və geniş ailəyə ( qaynana,qaynata və s ) sahibsinizsə işiniz biraz daha çətindir.
  Hər birinizə uğurlar! Psixoloq Gülnarə Əliyeva

Просмотров: 923 | Добавил: DUYGU | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]