Главная » 2015 » YANVAR » 22 » Streslə Mubarizə Yolları
16:41
Streslə Mubarizə Yolları

Stress, həddindən artıq dərəcədə yaşandığı təqdirdə zehni, ruhi və fiziki baxımdan sağlamlığımızı mənfi istiqamətdə təsir edən bir təhdid olaraq qarşımıza çıxa bilər. Stressin tamamilə aradan qaldırılması mümkün olmasa da mübarizə etmənin yolları vardır. İş həyatı, ev həyatı, məktəb, yol, səs-küy, hesab-fakturalar deyərkən adam özünə vaxt ayıra bilmir və davamlı bunları düşünərək yaşamaq məcburiyyətində olduğunu hiss etdiyinə görə stress faktorunun meydana gəlməsinə zəmin hazırlamaqdadır. Stresslə başa çıxmanın yollarını aşağıda yazılanları tətbiq etdiyiniz təqdirdə sizə  çox faydası olduğunu görəcəksiniz.

 

Stresslə başa çıxma Yolları
Bədəninizə dar gələn paltarları geyməkdən qaçının.
Davamlı dərman istifadə edərək sağlam olacağınızı düşünməyin.
Görüşlərinizi əvvəldən seçin və görüş günü heç kimə söz verməyin.
Maşınınız xarab olmadan servisə aparın
Pessimist və mənfi enerji yayan insanlardan uzaq olun.
Etməyi sevmədiyiniz işlər üçün mütləq birindən kömək istəyin.
Ətrafınızda dağınıq nə varsa səliqəyə salın. Beləcə havalı,təmiz bir mühitdə olmanız stressin qabağını alacaq.
Özünüzü hər şeyi bilmək məcburiyyətində kimi hiss etməyin.
Sizi xoşbəxt edəcək olan bəzi şeyləri etməyi sabaha saxlamayın.
Özünüzə inamınız tam olsun.
Vermiş olduğunuz qərarları vermədən əvvəl bir dəfə daha düşünün və nə anlama gəldiyini yaxşı düşünün.
Kömək istəməkdən əsla çəkinməyin. Kömək ala bilməsəniz kədərlənməyin.
Görünüşünüzə əhəmiyyət göstərin
Ətrafınıza davamlı gülümsəyin
Hər zaman yaxşı bir şeylər etməyə çalışın amma özünüzü mükəmməlçi görməyin.
Davamlı gəzişin.
Işinizə hər gün eyni yoldan getməyin. Fərqli yollardan getməyə cəhd edin.
Bir dərnəyə üzv olun, yeni dostlar əldə edin.
Tələsik olmayın. Qabaqda daha yaşanacaq çox gözəl günlər olduğunu düşünün.
Başqalarının sözünün dinləməyin, öz bildiyinizi edin
Son səs musiqi dinləyin, enerjinizi çölə atın.
Siqaret və spirt istifadəsini azaldın.
Davamlı idman edin, qidalanmağınıza diqqət edin.
Etməyi sevmədiyiniz şeyləri özünüzü etməyə məcbur  etməyin.
Evinizə qonaq gəldiyində də özünüzü rahat hiss edin və söhbət edin.
Başınızı problemlərlə yormaqdan imtina edin.
Evinizə iş gətirməyin. Yoldaşınızla uşağınızla və ya dostlarınızla vaxt keçirin
Arada sırada iş yerində oturduğunuz stoldan qalxın, gedin və gəzin. Beləcə qan dövranınız da hərəkətə gələcək.
Xeyr deməyi öyrənməlisiniz. yerinə yetirə bilmədiyiniz vəədlər verməkdən qaçının.
Ətrafınızda sizin xətrinizə dəyən, incidən və sevmədiyiniz kəslər varsa onlarla ünsiyyət qurmayın  və bir daha görüşməyin.
İnsanların sizin boş vaxtınızı oğurlamağına  icazə verməyin.
Stress və çətinlikli anlar yaşayanda müvəffəqiyyətlərinizi düşünün və özünüzü motivasiya edin.
Ehtiyacı olan insanlara maddi mənəvi dəstək olun.
Inançlarınızı sağlam saxlayın. Daxili rahatlığınız üçün çox əhəmiyyətlidir.
Müəyyən fasilələrlə tətilə çıxın və bol bol təbiət gəzintisi edin.
Yolda bir körpə görəndə onu sevin və öpün.
Bol bol kitab oxuyun və kitab satan yerlərdə gəzərək dolaşın.
Bir ticarət mərkəzinə gedin və özünüzü sevindirin.

Просмотров: 940 | Добавил: DUYGU | Рейтинг: 3.5/4
Всего комментариев: 1
1 mais_sadiqov  
0
smile Ne yaxwi

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]