Psixoloqla Elaqə üçün BİZİMLƏ ƏLAQƏ bölməsinə y...
psixo.ucoz.com
Главная »
2011 » İYUN » 27
Bu cərəyanın banisi Ziqmund Freydin və onun ardıcıllarının fəlsəfi baxışlarına görə bütün növ bəşəri fəaliyyətin əsasında Freydin Eros və Tanatus adlandırdığı iki əks başlanğıcın mübarizəsi və vəhdəti dayanır. Freydə görə bunlardan birincisi – həyat, ikincisi isə – ölüm instinktidir. Bu birinci kateqoriyaya o «öz mövcudluğunu qoruyub saxlamaq tələbatını» (yəni, adi fizioloji tələbatları) və «özünəbənzərləri yaratma tələbatını» (yəni, cinsi tələbatı), ikinciyə isə – aqressivlik, sadizm, mazoxizm, özünəqəsd və s. bu kimi tələbatları aid edir.
Freydə görə kainat lap əvvəldən xaosa, dağılmağa meyllidir və yeganə olaraq həyat bu xaosun mütəşəkkilləşdiyi qısa zaman kəsiyidir. Lakin mütləq mənada yox. Belə ki, varlıqlar həyat boyunca da olumla ölüm arasında qalır, sabitliklə xaos arasında çarpışırlar. Sabitlik halına Freyd – orqanizmin sağlam, normal vəziyyətini, xaos halına isə – əsəbi, gərgin, qeyri-taraz vəziyyətini aid edir. Freydə görə bu sonuncu
...
DAVAMI »
|
|