Главная » 2012 » MART » 20

İşləyən ananın, yalnız uşağı ilə deyil, onu təslim etdikləri ilə də təsirli bir ünsiyyət içində olması lazımdır. İşləyən bir ananın, hər an uşağının yanında olması mümkün deyil. Uşağını bir başqasına əmanət etmək məcburiyyətindədir. Başqa sözlə uşağına baxmaqla öhdəçilikli adam ilə yaxşı bir dialog içində olması şərtdir.


 Ana evdən ayrılarkən mütləq uşaqla vədalaşmalı, ağlamasına mane olmaq üçün evdən səssizcə ayrılmamalıdır.(Çoxlarımızın etdiyi səhv davranış) Ayrılarkən uşağa bir obyekt buraxmalı və bu obyektin yalnız ikisi arasında, başqalarının ələ keçirə bilməyəcəyi xüsusiyyətdə olduğunu hiss etdirməlidir. Bu obyekt ananın bir şarfı, bir oyuncaq, bir gün parkda birlikdə tapdıqları bir çınqıl daşı ola bilər. Ana evdən ayrılarkən, bu obyekti uşağa bir sirr verər kimi verməli. Özü gələnə qədər onu saxlamasını istəmə ... DAVAMI »
Просмотров: 1113 | Добавил: DUYGU | Дата: 20.03.2012 | Комментарии (0)

Üç yaşından əvvəl uşaq, anası gözünün qarşısında deyilsə, anası yoxdur və bir daha da olmayacağı qayğısına qapılar. Ananın yoxluğunun mənası uşaq üçün həyatın sonudur. Ölüm duyğusu ilə ekvivalent bir daxili qorxuya səbəb olar. Ana hər an hiss edilməli və davamlılıq göstərməlidir. Ananın uşağı evdə buraxıb getməsi hadisə olar. Uşaq ətindən et koparmışçasına ağlar. Bu ağlamanı dayandırmaq səyləri boşunadır və bir işə yaramaz. Ağlamağın səbəbi vardır və olması da təbiidir. Bu anaya bağlılıqdır, asılılıq deyil.
Просмотров: 1225 | Добавил: DUYGU | Дата: 20.03.2012 | Комментарии (0)