Главная »
2012 » MART » 27 » Uşaq Psixologiyası-Davranışlar.
12:36 Uşaq Psixologiyası-Davranışlar. |
Uşaq beyni ilk 2 yaşda saniyədə
30 000 qeydiyyat apara bilmə bacarığına malikdir.Gördüyü ,eşitdiyi hətta hiss etdiyi hər şeyi lentə alırmış kimi
özündə -beynində həkk edir.Ertəsi gün eyni hərəkəti etdiyi zaman biz təəccüb içərisində
oluruq görəsən uşaq bunu hardan öyrənir.Daha çox ilk 3 yaşına qədər uşağın
dünyasında ana və mən alqısı olduğu üçün demək olar ki hər şeyi anasından öyrənir.Yemək,içmək,danışıq
tərzi,səs tonu,yeriş,inadlaşmaq,yalan danışmaq ağlınıza gələcək hər şeyi eynən
olduğu kimi kopyalayır və daha sonra tətbiq edir.Hətta ananın qorxularını belə.Ən
çox diqqət çəkmək istədiyim nöqtə də elə burasıdır.Əgər ana şimşəkdən qorxursa
bilinsin ki,uşaqda da bu fobiya
formalaşacaq.Əgər heyvanlardan diksinirsə uşaq da böyük ehtimalla diksinəcək.Bunlara
davranış pozğunluqlarını da əlavə etmək lazımdır.Əlbətdə hər şeyi anaların üzərinə
yıxmaq olmaz.Uşaq yalan danışdıqı zaman ana çaşıb qalır.And aman edir ki mən
yalan danışmamışam uşaq kimdən öyrənə bilər?Yaxşı sualdır.Gəlin həmin ailənin
gün rejiminə nəzər salaq.
Ata işə gecikir.Atanın iş yoldaşı zəng edib
ki Fariz hardadı?Fariz arvadına dedizdirirki –denən çıxıb artıq yoldadır.Halbuki
ata evdədir.Yalanı uşağa öyrətmək üçün birbaşa ona demək lazım gəlmir kiməsə
danişmağınız kifayətdir ki uşağınız buna vərdiş etsin.Yalan danışılan anda
çevrilib uşağa baxsanız görəcəksiniz öz aləmində oyun prosesindədir.Lakin
unutmayın uşaq həmişə gizli kamera kimi sizi çəkir.Bəs uşağıma yalanı və ya
hansısa pis vərdişi necə unutdura və ya dəyişdirə bilərəm.Bu haqda uzun
danışmaq lazımdır.Amma qısacası ilk öncə o davranışı özünüzdə dəyişdirin.Uşağınızı
qarşınıza qoyub uzun uzadi yalan danışmağın fəsadlarından danışmaq boş bir
zaman itkisidir.Evladınıza başa salmaq istədiyiniz şeyləri oyun prosesində öyrədin.Hətta
özünüzdən qısa hekayələr qurub vəziyyəti daha da rəngləndirə bilərsiniz.
Psixoloq Vəliyeva.
|
Просмотров: 1076 |
Добавил: DUYGU
| Рейтинг: 4.0/2 |
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[
Регистрация |
Вход ]